Sosial şəbəkədə biz:

Avtoritetlərin restorandakı “sxodka”sına basqın - Fotolar+ Video

05 March 2019, 13:34
Gündəm

Kiyev hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna Ali Rada bulvarının restoranında kriminal avtoritetlərin “sxodka”sına basqın edib.

“Qafqazinfo”nun xəbərinə görə, Kiyev Polis Şöbəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, “sxodka”ya 1985-ci ildən “vor zakon” statusunu daşıyan “Laşa Svan” ləqəbli, gürcü əsilli Laşa Caçvliani rəhbərlik edib. 

Əməliyyat-istintaq tədbirləri çərçivəsində 45 yaşlı “qanuni oğru” saxlanılıb. 

Məlumata görə, o digər “həmkarları” ilə əlaqələrini bərpa etməyə və mənzil oğrularının “kuratoru” olmaq istəyib.

Qeyd edək ki, 2017-ci ilə qədər beynəlxalq axtarışda olan “Laşa Svan” bir müddət öncə Ukraynada narkotik vasitələrlə saxlanılıb, daha sonra sərbəst buraxıllıb