Qafqaz Müsəlmanları İdarəsinin saytı fəaliyyətini dayandırdı
Bir neçə gündür sədri ətrafında qalmaqal səngiməyən Qafqaz Müsəlmanları İdarəsinin ( QMİ) rəsmi saytına giriş məhdudlaşdırılıb.
Modern.az bunun səbəbini öyrənmək üçün QMİ ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, hazırda saytda yenilənmə gedir: \"Texniki məsələlərə görə saytın fəaliyyəti dayandırılıb. Yaxın vaxtlarda fəaliyyəti bərpa ediləcək”.