Sosial şəbəkədə biz:

Nazirlikdən uzaqlaşdırılan FETÖ-çülərin sayı açıqlandı

10 March 2019, 16:06
Gündəm

Türkiyənin daxili işlər naziri Süleyman Soylu  Fətullahçı Terror Təşkilatı (FETÖ) və PYD-yə qarşı həyata keçirilmiş əməliyyatda bu günə qədər həbs edilənlərin sayını açıqlayıb.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, nazir 15 iyul 2016-cı ildən bu yana 511 min nəfərin saxlandığını bildirib. Onlardan 30 min 821 nəfər həbs edilib. Onun sözlərinə görə, FETÖ ilə əlaqəsi 38 min 578 nəfər Daxili İşlər Nazirliyindən uzaqlaşdırılıb.