Sosial şəbəkədə biz:

Tanınmış jurnalistə AzTV-də vəzifə verildi

11 March 2019, 22:14
Gündəm

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatlarınin tərkib hissəsi kimi Mətbuat xidməti ləğv edilərək, əvəzində Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.
 
Azinforum.az
-ın Modern.az-a istinadən məlumatına görə, artıq yeni yaradılan şöbəyə təyinat olub.

Vəzifəyə jurnalist Mübariz Aslanov gətirilib. M.Aslabov bu gündən vəzifəsinin icrasına başlayıb.

AzTV-nin baş redaktoru Azər Qismət Modern.az-a faktı təsdiqləyib.

Qeyd edək ki, M.Aslanov uzun müddət APA və Report-da fəaliyyət göstərib.