MTRŞ-yə iki yeni üzv təyin olunub- SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərtac-ın məlumatına görə, sərəncamla aşağıdakı şəxslər 6 il müddətinə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvləri təyin edilib:
Balakişiyev Bəxtiyar Qaraca oğlu
Əliyeva Telli Pənah qızı.