Sosial şəbəkədə biz:

Azərbaycanda şübhəli saytlarla bağlı “QARA SİYAHI”

13 March 2019, 20:40
Gündəm

Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi Bakıda keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “blacklist.gov.az” informasiya resursunu təqdim edəcək.

Bu barədə ONA-ya Mərkəzdən bildirilib. Söhbət insanları zərərli kontentlərdən qoruyan resursdan gedir ki, onun digər əsas funksiyalarından biri istifadəçi IP-lərinin virusa yoluxması barədə məlumatlandırması olacaq.

“Burada insanları hədəfə alan, özündə zərərli məzmun saxlayan resursların siyahısı yerləşdiriləcək. İstifadəçilər özləri də şübhə doğuran saytlarla bağlı şikayət yollaya biləcəklər”, – deyə Mərkəzdən bildirilib.