Sosial şəbəkədə biz:

Bakıda 7 tələbə dönərdən zəhərlənib

13 March 2019, 20:58
Gündəm

Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Virtualaz.org-a daxil olan məlumatda onların universitet tələbələri olduğu bildirilib. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. Deyib ki , gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər. 

Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.