Sosial şəbəkədə biz:

Bakıda 15 yaşlı qız özünü 16-cı mərtəbədən atdı

15 March 2019, 09:27
Gündəm

Bakıda Yasamal rayonunda intihar hadisəsi baş verib.

“ Azinforum.az ” Oxu.az-a istinadən xəbər verir ki, rayonun Əhməd Cavad 45 A ünvanında 15 yaşlı qız özünü 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən ataraq intihar edib.

2003-cü il təvəllüdlü, 11-ci sinif şagirdi MirFatimənin liseydə təhsil aldığı, həmin evdə ailəsi ilə birgə kirayədə qaldığı bildirilir.

Gənc qızın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.