Sosial şəbəkədə biz:

Bakıda yaşayış binasında YANĞIN - 10 nəfər təxliyə edildi

15 March 2019, 09:45
Gündəm

Bakıda yanğın qeydə alınıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, şəhərin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin ikinci mərtəbəsində qaz sayğacı və elektrik kabeli 5 p.m yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.