Sosial şəbəkədə biz:

Bakı-Quba yolunda ağır qəza - 2 nəfər öldü, 3 yaralı var

15 March 2019, 17:19
Gündəm

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Sumqayıt şəhəri H. Z. Tağıyev qəsəbəsində qeydə alınıb.

"Hyundai" markalı maşınla "KamAZ"ın toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

***

Ölənlərdən birinin kimliyi məlum olub. O, 1995-ci il təvəllüdlü Zabit Cəfərovdur.

***

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 3 nəfər yaralı Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta-ağır, birinin səhhəti isə qənaətbəxşdir.