Sosial şəbəkədə biz:

Azərbaycanda qazla işləyən avtomobillər istehsal olunacaq

16 March 2019, 09:54
Gündəm

İlin sonuna qədər Azərbaycanda CNG (Sıxılmış təbii qaz) ilə işləyən "Khazar" maşınları istehsal olunacaq.

Bu barədə Azvision.az -a açıqlamasında "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər gedir. 

Bununla yanaşı, ASC sədri yaxın gələcəkdə elektrik avtomobillərinin istehsalının mümkün olmadığını vurğulayıb.