Sosial şəbəkədə biz:

“Nardaran işi”nə görə həbs edilənlər azadlıqda - FOTO

17 March 2019, 12:27
Gündəm

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsindən Nardaran hadisələrinə görə həbs olunan iki məhkum azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12,3 il müddətinə azadlıqdan məhrum edilmiş 1955-ci il təvəllüdlü Hüseynov Əli Ümmət oğlu və 1982-ci il təvəllüdlü Əliyev Ramil Zabil oğluna arayışlar təqdim olunub və onlar azadlığa çıxıblar. 

Qeyd edək ki, onların hər ikisi 2015-ci ildə həbs olunmuşdu.

Azvision.az