Sosial şəbəkədə biz:

Eks-arvadını ürəyindən vurdu, özünü binadan atdı - Bakıda dəhşətli hadisə

<span style="color: #000000;"><strong>Eks-arvadını ürəyindən vurdu, özünü binadan atdı - Bakıda dəhşətli hadisə</strong></span> Bakıda dəhşətli cinayət baş verib. “ Azinforum.az ” ın  musavat.com-a istinadən məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. 1976-cı il təvəllüdlü Samir Axundov keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Gülnar Axundovanı qətlə yetirib. Hadisə Gülnar Axundovanın ərindən ayrıldıqdan sonra yaşadığı evdə baş verib. Samir Axundov keçmiş arvadını ürəyindən bıçaqlayıb. Onların arasındakı mübahisənin motivi hələlik məlum deyil. Samir Axundov Gülnar Axundovanı qətlə yetirdikdən sonra hadisə yerini tərk edib və öz evinə qayıdıb. O, evinə qayıtdıqdan sonra 8-ci mərtəbədə yaşadığı mənzilin pəncərəsindən özünü ataraq, intihar edib. Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. İlkin məlumata görə, Samir Axundov narkotik aludəçisi olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol