Sosial şəbəkədə biz:

Rusiyada sərhədi pozan Azərbaycan vətəndaşı cərimələndi

23 March 2019, 12:29
Gündəm

Rusiyada Azərbaycan vətəndaşı dövlət sərhədini pozduğuna görə cərimələnib.

“Report” xəbər verir ki, hadisə Kamçatka vilayətində qeydə alınıb.

Rusiya ərazisinə girişi qadağan olunmuş Azərbaycan vətəndaşının saxta sənəd düzəldərək Kamçatka yarımadasına gəldiyi, ancaq sərhəddə saxlanıldığı bildirilib.

Faktla bağlı cinayət işi açılıb və həmin şəxs məhkəmənin qərarı ilə 50 min rubl (təxminən, 1319 manat) məbləğində cərimə olunub.