Sosial şəbəkədə biz:

Məşhur boksçu canlı yayımda teleaparıcıya hücum çəkdi- FOTO

26 March 2019, 19:57
Gündəm

Las-vegasda keçirilən ənənəvi boks döyüşündən sonra qalmaqallı hadisə baş verib.

Publika.az xəbər verir ki, bolqarıstanlı məşhur boksçu Kubrat Pulev döyüşü bitirdikdən sonra ona yaxınlaşan VegasTV-nin xanım müxbirinin üzərinə hücum edib. 37 yaşlı idmançı aparıcını zorla qucaqlayaraq onu öpüb.

Çaşqınlıq içində olan aparıcı reaksiya verə bilməyib.

Canlı yayımda baş verən hadisə böyük narazılıqla qarşılanıb.