Sosial şəbəkədə biz:

Parisdə fransızlarla qaraçılar arasında qarşıdurma

27 March 2019, 10:02
Gündəm

Sosial şəbəkələrdə qaraçıların uşaq oğurlaması barədə yayılan şayiələr Fransanın paytaxtı Parisdə fransızlarla qaraçılar arasında toqquşmaya səbəb olub.

RİA Novosti-nin xəbərinə görə, Sen-Sen-Deni departamentində 50-dən çox yerli sakin dəyənək və bıçaqlarla silahlanaraq qaraçıların məskunlaşdığı evlərə hücum çəkib.

Qaraçılar yaxınlıqdakı marketə sığınıblar. Qarşıdurmalar zamanı iki polis yaralanıb. İnsidentd zamanı 20-dən çox adam saxlanılıb.

Fransa polisiTwitter-də yalançı informasiyalara inanmamağa çağırıb.