Sosial şəbəkədə biz:

Azərbaycanlı bələdiyyə üzvü rüşvətə görə saxlanılıb

28 March 2019, 20:43
Gündəm

Gürcüstanın Marneuli rayon bələdiyyə məclisinin (sakrebulo) üzvü Rəhim Əsgərov rüşvət faktı ilə bağlı saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları R.Əsgərovun evində axtarış aparırlar.

R.Əsgərov müxalif Vahid Milli Hərəkat Partiyasının üzvüdür. O, Marneuli sakrebulosunun binası yaxınlığında saxlanılıb.