Soyqırım günü "Space"də çal-çağır
Xəbər verdiyimiz kimi, bu gün 31 Mart Soyqırım Günüdür.
Axşam.az xəbər verir ki, bütün kanallar əyləncəli proqramları yığışdırsa da, Space kanalı istisna olub. Belə ki, kanal "Ad günü” adlı musiqili-əyləncəli proqram nümayiş etdirib.
Mikayıl Güləddinoğlunun aparıcılıq etdiyi verilişdə mərhum müğənni Məhəbbət Kazımovdan bəhs edilib. Müğənnilər Nazənin, Yusif Mustafayev, Rühəngiz Musəvi və başqaları mahnılar oxuyub.