Sosial şəbəkədə biz:

“Qarabağ” klubu “Sumqayıt”ı məğlub etdi

01 April 2019, 21:08
Gündəm

Bu gün Topaz Premyer Liqasında 22-ci tura yekun vurulub.

Turun son oyununda "Sumqayıt" öz meydanında "Qarabağ"ı qəbul edib.

Maraqlı epizodlarla yadda qalan görüş Ağdam təmsilçisinin 6:0 hesablı qələbəsilə yekunlaşıb. Bu görüşdən sonra "Qarabağ" klubu xallarının sayını 48-ə çatdırıb. 

Topaz Premyer Liqasında 22-ci turun nəticələri:

“Qəbələ” – “Sabah” - 0:0 

“Sumqayıt” – “Qarabağ” - 0:6

“Keşlə” – “Neftçi” - 0:1 

“Zirə” – “Səbail” - 1:2 

Azvision.az