Sosial şəbəkədə biz:

Nazarbayevin qızı prezidentliyə namizəd olur?

09 April 2019, 14:20
Gündəm

Qazaxıstan Senatının sədri Dariqa Nazarbayeva prezident seçkisində namizədliyini irəli sürmək fikrində deyil.

Axar.az xəbər verir ki, bunu “Tenqrinyus” agentliyinə açıqlamasında Dariqa Nazarbayevanın köməkçisi Saule Mustafayeva deyib.

Qeyd edək ki, Dariqa Nazarbayeva Nursultan Nazarbayevin istefasından sonra Qazaxıstan Senatına sədr gətirilib. O, bundan öncə Senatın Beynəlxalq Məsələlər, Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri vəzifəsini icra edib. Dariqa Nursultan Nazarbayevin böyük qızıdır.