Sosial şəbəkədə biz:

Hava Limanında yeni xidmət rəisi – Təyinatı

Dövlət Sərhəd Xidmətinin Hava Limanında Xidmət Baş İdarəsinə təyinat həyata keçirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qəbələ Hava Limanının rəisi, mayor Babək Orucov Dövlət Sərhəd Xidmətinin Hava Limanında Xidmət Baş İdarəsinə VİP xidməti bölməsinin rəisi təyin olunub. Babək Orucovun dünən vəzifədən azad olunan polkovnik Gündüz Bağırovun vəzifəsini icra edib-etməyəcəyi bizə məlum deyil. Qeyd edək ki, dünən DSX rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə işdə yol verdiyi nöqsanlara görə Xidmətin Hava limanında Baş İdarə rəisi, polkovnik Gündüz Bağırov vəzifədən azad olunub. Onun hansı qüsurlara görə işdən azad olunması haqda bizdə məlumat olsa da, rəsmi olaraq təsdiqlənmədiyi üçün dərc edə bilmirik.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol