Sosial şəbəkədə biz:

Çoxuşaqlı anaların müavinəti artırıldı

15 April 2019, 19:30
Gündəm

Prezident İlham Əliyev bu gün daha bir fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, "Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında (2013, № 12, maddə 1539; 2018, № 4, maddə 668 ) aşağıdakı dəyişikliklər edilib:

1.1. adında "müavinətin” sözü "sosial müavinətin” sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə "müavinətin” sözü "sosial müavinətin” sözləri ilə, "33 (otuz üç)” sözləri "55 (əlli beş)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.