Sosial şəbəkədə biz:

Kılıçdaroğludan İmamoğlunun vəsiqəsini almasına - Reaksiya

17 April 2019, 21:25
Gündəm

Bu uğur birlikdə yaşamaq istəyən milyonların nailiyyətidir. Xoşbəxtliyimi ancaq belə ifadə edə bilirəm.

Axar.az xəbər verir ki, bu sözləri CHP lideri Kamal Kılıçdaroğlu Əkrəm İmamoğlunun İstanbul bələdiyyəsinin sədri vəsiqəsini almasına münasibət bildirərkən deyib.

"Rahatam, həyəcanlıyam. Böyük bir nailiyyət əldə etdik. Bu uğur bu cəmiyyətə xidmət etmək üçün yola çıxan insanların nailiyyətidir", - Kılıçdaroğlu bildirib.