Sosial şəbəkədə biz:

Sergey Lavrov:"Biz bu seçkini Paris və Berlinin xahişi ilə tanıdıq"

21 April 2019, 14:54
Gündəm

Rusiya Ukraynada 2014-cü ildə baş tutan prezident seçkisinin nəticələrini Paris və Berlinin xahişi ilə tanıyıb.

Bunu “Zvezda” televiziyasına müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Moskva Poroşenkonu Donbas konfliktini 2-3 həftəyə həll edəcəyinə söz verdiyi üçün tanıdı:

“Poroşenko dünyanın hər yerində bəyan edirdi ki, sülh tərəfdarıdır və konflikti iki-üç həftəyə həll edəcək. Məhz buna görə Paris və Berlin bizdən israrla seçkinin tanınmaması ilə bağlı bəyanat verməməyimizi istədi. Biz bunu etmədik və şans verdik”.  (Axar.az)WhatsAppFacebookFacebook MessengerTwitterShare