Sosial şəbəkədə biz:

Sabiq deputatın restoranı sökülür

24 April 2019, 23:46
Gündəm

"Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında yerləşən əksər restoranlar, ticarət və ictimai-iaşə obyektləri sökülüb.

Söküntü işləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə həyata keçirilir.

Unikal.org-un əldə etdiyi məlumata görə, artıq adıçəkilən ərazidə sabiq millət vəkili Fərhad Qəribovun "Büllur” restoranının söküntüsünə başlanılıb.