Sosial şəbəkədə biz:

“Mercedes” komandası Bakıda yeni rekorda imza atdı

28 April 2019, 19:08
Gündəm

“Mercedes” komandası Formula 1 idmanı tarixində yeni rekord müəyyənləşdirib. 

Bu uğura komanda Formula 1 SOCAR Azərbaycan Qran-Prisində əldə etdiyi qalibiyyətlə nail olub.

Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran-Pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə qərarlaşıblar. 

Qeyd edək ki, “Mercedes” komandasının pilotu Valtteri Bottas Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi olub.