Sosial şəbəkədə biz:

Bakıda 5 yaşlı uşaq ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

29 April 2019, 13:27
Gündəm

Bakıda 5 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü Rüstəm Şəkərli ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.