Sosial şəbəkədə biz:

Boşandığı arvadının vəkilini öldürdü, intihar etdi - VİDEO

29 April 2019, 23:23
Gündəm

Türkiyədə fermer həyat yoldaşının boşanma vəkilini ürəyindən güllələdikdən sonra, eyni silahla da özünü öldürüb.

İnsident vəkilin ofisində baş verib. Hadisə şahidləri təcili olaraq polis və təcili yardım əməkdaşlarını çağırıb.

İntihar edən fermer ağır yaralı olaraq xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxilələrinə baxmayaraq həyatını itirib.

Hadisə ilə əlaqədar olaraq araşdırmalara başlanılıb.

yenicag.az