Sosial şəbəkədə biz:

Niyaməddin Musayev də Bədii Şuranın üzvü oldu: "Ümid edirəm ki, hər şey yaxşı olacaq”

01 May 2019, 10:54
Gündəm

Xalq artisti Niyaməddin Musayev də Bədii Şuranın üzvü olub. 
Bu haqda Moderator.az-a xalq artisti özü məlumat verib. N.Musayev deyib ki, o, Dünya TV-də yaradılan Bədii Şuraya üzv dəvət edilib:
“Bildiyiniz kimi hər bir telekanalımızda Bədii Şuralar yaradılmağa başlanıb. Bədii Şuraya ölkəmizin müxtəlif təbəqələrindən olan ziyalılarımız orda üzv seçiliblər. Artıq mən də Dünya TV-də yaradılan Bədii Şuraya üzv dəvət edildim. Hələ ki, mənimlə bərabər hansı sənət dostlarımın orda olmasında xəbərsizəm, çünki görüşməmişik. Amma ümid edirəm ki, hər şey yaxşı olacaq”.