Sosial şəbəkədə biz:

Mitsubishi, Honda, Mazda və Subaru-nun qiymətləri dəyişmədi

22 December 2015, 11:08
Gündəm
Yapon avtomobil sənayesinin nəhəngləri - Mitsubishi, Honda, Mazda və Subaru avtomobillərinin qiymətləri dəyişilməz qalır. Bu barədə avtomobillərin ölkədəki rəsmi distribüteri məlumat verib. Rəsmi distribüterin açıqlamasında deyilir: “Dolların kursunun manata nisbətən dəyişməsi salonlarımızda və anbarlarda olan 2015-ci il istehsalı avtomobillərin qiymətlərinə təsir göstərməyəcək. Mitsubishi, Honda, Mazda və Subaru modellərinin həvəskarları avtomobilləri əvvəlki qiymətlərə əldə edə bilərlər”. Distribüter hazırda mövcud model cərgəsinin qiymətlərini də təqdim edib: Mazda 3 - 21 900 azn Mazda 6 – 29 900 azn Mazda СХ–5 – 28 900 azn Mazda СX –9 – 44 900 azn Mitsubishi Attrage – 15 500 azn Mitsubishi Outlander – 28 900 azn Mitsubishi Pajero – 34 500 azn Honda City - 19 500 azn Honda Accord – 39 500 azn Honda CR-V – 39 900 azn Subaru XV – 25 900 azn Subaru Legacy – 32 900 azn Subaru Forester – 26 900 azn Qeyd edək ki, Mitsubishi, Honda, Mazda və Subaru-nun Bakı ilə yanaşı Xırdalan, Gəncə və Goranboyda da rəsmi dilerləri fəaliyyət göstərir. Ətraflı məlumat üçün telefon nömrələri: 012 349 00 00, 012 349 01 00 və ya 012 349 00 06.