Sosial şəbəkədə biz:

Bakıda muzdlu işçilər 794 manat maaş alır

04 May 2019, 15:56
Gündəm

Bu ilin yanvar-fevral aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 min 84 nəfər artaraq 716 min 74 nəfər olub.

Azvision.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hesabat dövrünün ilkin məlumatlarına əsasən, əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 6,5 faiz artaraq 794,1 manata çatıb.