Sosial şəbəkədə biz:

Olimpiya çempionumuz qızıl medal qazandı - FOTO

04 May 2019, 16:07
Gündəm

Rusiyanın Kaspiysk şəhərində keçirilən Əli Əliyevin 50-ci xatirə turnirində Azərbaycan millisinin dağıstanlı üzvləri üç medal qazanıb.

Dünya, olimpiya və Avropa çempionumuz Şərif Şərifov (-92 kq) Dağıstanda himnimizi səsləndirib.

Qitinoməhəmməd Hacıyev (-70 kq) finalda uduzaraq gümüş medalı boynundan asıb.

Nurməhəmməd Hacıyev isə bürünc medal qazanıb. Beləliklə, yığmamız Memorialdan bir dəst medalla ayrılıb.