Sosial şəbəkədə biz:

Üzünü it parçalayan 4 yaşlı uşaqla bağlı yenilik

05 May 2019, 11:06
Gündəm

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı Məmişov Hüseyn Qismət oğlunun 1 saylı Klinik Xəstəxanada Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə müayinə və müalicəsi başa çatıb.

Qafqazinfo-nun  məlumatına görə, itin hücumuna məruz qalan zaman gözü zədə almış Hüseyn Məmişov RİİB tərəfindən "Dünyagöz” klinikasında göz müayinələrindən keçirilib.
 Klinikada uşağın xəsarət alan gözü ətraflı müayinə edilib. Bundan sonrakı mərhələdə azyaşlı Hüseyinə lazımi müayinələr RİİB-in dəstəyi ilə davam etdiriləcək.