Bakıda daha bir avtobus qəzası, xəsarət alanlar var
Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub.
ONA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda baş verib.
“İsuzu” markalı xətt avtobusu “QAZel” markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını yol kənarındakı obyektə girib.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub.
ONA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda baş verib.