Sosial şəbəkədə biz:

Moskvanın hava limanında təyyarə yanıb: 10 nəfər ölüb (VİDEO)

05 May 2019, 21:27
Gündəm

Moskvanın "Şeremetovo” hava limanında sərnişin təyyarəsi yanıb.
Bu barədə "Telegram kanal 112” xəbər verir.
Kanalın məlumatına görə, təyyarə Moskva-Murmansk reysini həyata keçirirmiş. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. Hava limanı müvəqqəti olaraq uçuş və enişlər üçün bağlanıb.
SSJ-100 təyyarəsinin yanma səbəbi kimi ilkin versiya olaraq layneri ildırım vurması irəli sürülür. 
****
"Şeremetovo” hava limanında yanan Sukhoi Superjet 100 (SSJ-100) markalı təyyarənin 10 sərnişini təxliyyə zamanı həlak olub. Bu baradə "Moskva şəhər xəbərləri” agentliyi məlumat yayıb. (oxu.az)