Sosial şəbəkədə biz:

41 nəfərin yandığı təyyarədən son - Fotolar

06 May 2019, 11:22
Gündəm

Sosial şəbəkələrdə “Şeremetyevo” Hava Limanında yanan “Aeroflot” şirkətinə məxsus “Sukhoi Superjet 100” laynerinin salonunun görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, yanğınsöndürənlərdən biri tərəfindən çəkilmiş fotolar “telegram-kanal 112”yə göndərilib. Şəkildə yanğından sonra kokpit nəzarət paneli və sərnişin oturacaqları arasında keçidin son vəziyyəti əks olunub.

Qeyd edək ki, mayın 5-də Rusiyanın Murmansk vilayətindən gələn “Aeroflot” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100” (SSJ-100) sərnişin təyyarəsi paytaxt Moskvanın “Şeremetyevo” Hava Limanına qəza enişini edən zaman yanıb. Hadisə nəticəsində göyərtədə olan 78 nəfərdən 41-i həlak olub.