Sosial şəbəkədə biz:

Daha bir jurnalistin ölkədən çıxışına qadağa ləğv edildi

06 May 2019, 12:02
Gündəm


Jurnalist Natiq Cavadlını ölkədən çıxışına  qoyulmuş qadağa ləğv edilib.


Mia.az
 xəbər verir ki, bu barədə jurnalistin özü məlumat verib.
O qeyd edib ki, nəhayət, 4 illik ""Stop!"a STOP" qoyulub: "Çalışın azad və müstəqil medianın yanında olun, onlarsız mümkün deyil".
Xatırladaq ki, bir neçə gün əvvəl jurnalistlər qadağa görə aksiya keçiriblər. Bundan sonra jurnalist Aynur Elgünəşin barəsində də qadağa qaldırılıb.