Sosial şəbəkədə biz:

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

07 May 2019, 21:34
Gündəm

I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncam 2019/2020-ci tədris ilinin sentyabr ayından qüvvəyə minəcək.

Bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir hazırda ali məktəblərdə həmin kateqoriyaya aid 2500-ə yaxın tələbənin təhsil aldığını söyləyib. 

C.Bayramov əlavə edib ki, orta məktəblərdə dinlə bağlı yeni fənnin tədrisi nəzərdə tutulmayıb:
"Dinlə bağlı bəzi məlumatlara həm tarix, həm də "Həyat bilgisi" dərsliyində rast gəlmək mümkündür. Şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahəyə aid bilgilərin verilməsi dinin tədrisi deyil". (Trend)