Sosial şəbəkədə biz:

İclasda polis iştirak etmədiyinə görə Azərbaycan klubu cərimələnib

07 May 2019, 21:53
Gündəm

AFFA İntizam Komitəsi I divizionun “Zaqatala” – “Neftçi-2” matçında stadionda radio məlumat olmadığına görə bölgə klubunu cərimələyib.

Zaqatala klubuna 160 manat cərimə verilib.

“Sabah-2” – “Qarabağ-2” matçı isə qonaq komanda üzündən beş dəqiqə gec başladığına görə Ağdam klubu 240 manat cərimələnib.

“Turan Tovuz” – “Səbail-2” matçında meydan sahibi klub xərcə düşüb. Belə ki, oyunöncəsi iclasda polis iştirak etmədiyinə görə “Turan Tovuz” klubu 80 manat cərimə olunub. (oxu.az)