Sosial şəbəkədə biz:

Nazir üç xanıma yeni vəzifə verdi

08 May 2019, 10:21
Gündəm

Nazir Ceyhun Bayramov Təhsil Nazirliyi Apellyasiya Şurasının Katibliyinin yeni tərkibi təsdiqlənib.
Mia.az xəbər verir ki, bununla da Katiblikaşağıdakı tərkibdə təsdiq edilib:
Billurə Hacızadə - İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi (rəhbər);
Nigar Hacıyeva - İnsan resursları şöbəsinin Təhsil müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (üzv);
Həcər Hacıyeva - İnformasiya şöbəsinin Vətəndaşların müraciətlərinə baxılması sektorunun aparıcı məsləhətçisi (üzv).
Əmrin icrasına nəzarət Apellyasiya Şurasının sədri, nazir müavini Firudin Qurbanova həvalə edilib.