Sosial şəbəkədə biz:

Neftçaladakı qəzada xəsarət alan motosikletçi dünyasını dəyişdi

08 May 2019, 13:56
Gündəm

Mayın 5-də Neftçala rayonunda baş vermiş qəza zamanı xəsarət alan motosikletçi 2 gün sonra xəstəxanada dünyasını dəyişib.

Virtualaz.org-un Şirvan bürosunun əldə etdiyi məlumata görə, Bankə qəsəbə sakini Gəncalı Əbülfəz oğlu Təhməzovun idarə etdiyi 10-NL-268 dövlət nömrə nişanlı “Niva” markalı minik maşınının Cəlal Rafiq oğlu Məmmədovun idarə etdiyi “İJ” markalı motosikletlə toqquşması nəticəsində xəsarət alan 40 yaşlı motosikletçi ötən gün axşam Neftçala Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.