Sosial şəbəkədə biz:

Azərbaycanda bir ildə 64 ixtira qeydə alınıb

08 May 2019, 22:11
Gündəm

Ötən il Azərbaycanda ixtiralara dair 64 patent qeydiyyata alınıb. 

Bu barədə Trend-ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Onlardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair isə 16 patent qeydiyyata alınıb. Onlardan 15-i milli, 1- i xarici hüquqi şəxslərə məxsusdur. 

Sənaye nümunələrinə dair 24 patent qeydiyyata alınıb ki, olardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur. Müvafiq dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb. Onlardan 720-si milli, 350-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub.