Sosial şəbəkədə biz:

HDP İstanbulla bağlı qərarını açıqladı:"İmamoğlunu dəstəkləyəcəyik"

09 May 2019, 16:07
Gündəm

İstanbulda seçki gərginliyi davam edir.

Strateq.az xəbər verir ki, partiyalar bir-birinin ardınca seçkidə Binəli Yıldırımı, yoxsa Əkrəm İmamoğlunu dəstəkləyəcəyi barədə mövqelərini açıqlayırlar.

Bu gün isə kürdlərin partiyası sayılan HDP İstanbulda təkrar bələdiyyə seçkilərində CHP-nin namizədi Əkrəm İmamoğlunu dəstəkləyəcəklərini açıqlayıb.

HDP-dən yayılan yazılı açıqlama qeyd edilib ki, seçicilərini Əkrəm İmamoğluna səs verməyə çağıracaqlar.WhatsAppFacebookFacebook MessengerTwitterShare