İlham Əliyev ailəsi ilə ağac əkdi
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ailəsi ilə birgə ağac əkib.
"Qafqazinfo" xəbər verir ki, ölkə başçısı, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər.