Sosial şəbəkədə biz:

Türkiyədə müxbirin axtarışı zamanı itkin düşən əsgərlərdən birinin cəsədi tapılıb

17 May 2019, 21:39
Gündəm

Türkiyədə Bayburt-Trabzon arasındakı Soğanlı dağında uçuruma düşən Anadolu Agentliyinin müxbiri Abdulqadir Nişançını axtaran xilasedici heyət arasında iki əsgər bu gün itkin düşüb.

ONA-nın Türkiyə bürosunun xəbərinə görə, əsgərlərdən birinin cəsədi tapılsa da, digəri hələ də axtarışdadır.
Xatırladaq ki, Abdulqadir Nişançı mayın 10-dan uçuruma düşdükdən sonra tapılmır. Bu gün isə jurnalistin axtarışı zamanı 2 nəfər xilasedici çaya düşmüşdü.