“Xural TV” internet televiziyasının rəhbəri, jurnalist Əvəz Zeynallı vəfat edib.
Əvəz Zeynallı uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Son günlər onun səhhətinin ağırlaşdığı bildirilirdi. Sentyabrın 22-də Respublika Diaqnostika Mərkəzində əməliyyat olunmuşdu. Həyat yoldaşı Məlahət Zeynallı əməliyyatın normal keçdiyini, lakin jurnalistin vəziyyətinin ağır olaraq qaldığını demişdi.
Əvəz Zeynallı 2022-ci ilin sentyabrında saxlanılmışdı. 2024-cü ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi onu rüşvət alma, dələduzluq, nüfuz alveri və digər ittihamlarla 9 il müddətinə azadlıqdan məhrum etmişdi. Zeynallı ittihamları qəbul etmirdi.
2025-ci ilin aprelində onun xərçəng xəstəsi olduğu təsdiqlənmişdi. Nizami Rayon Məhkəməsi səhhətinin ağır olması səbəbindən Əvəz Zeynallını cəzanın qalan hissəsini çəkməkdən azad etmişdi. Aprelin 25-də o, Penitensiar Xidmətin Müalicə Müəssisəsindən azadlığa buraxılmışdı.
Azadlığa çıxdıqdan sonra müalicəsini davam etdirən Zeynallı yenidən jurnalist fəaliyyətinə qayıtmış, “Xural TV”nin efirlərində canlı çıxışlar etmişdi. 2026-cı ilin yayında müalicə məqsədilə Ankaraya yollanmış və yeni müalicə kursuna başladığını açıqlamışdı