Şiddətli külək İsmayıllıda meşə təsərrüfatına ciddi ziyan vurub
Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub. Musavat.com-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.
Qeyd edək ki, Milli Hidrometeorologiya Departamentindən xəbər verildiyi kimi mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, rayonlarda, bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib.
Nazirliyin rəsmisinin sözlərinə görə 19 may 2019-cu il tarixində İsmayıllı rayonunda baş vermiş küclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb.
“Oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ağacların uçotu aparılır”.M




