Sosial şəbəkədə biz:

Sumqayıtda uşaq bağçasında yanğın

22 May 2019, 14:16
Gündəm

Sumqayıt şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binada yanğın olub.

Virtualaz.org FHN-ə istinadən bildirir ki, binanın birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb, qalan hissəsi qarsalanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.