Sosial şəbəkədə biz:

Atası və nənəsi Rüfət Səfərovu aclıqdan vaz keçirmək üçün Zərdaba gedir

<span style="color: #000000;"><strong>Atası və nənəsi Rüfət Səfərovu aclıqdan vaz keçirmək üçün Zərdaba gedir</strong></span>

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks millət vəkili Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verən oğlu Rüfət Səfərovun səhhəti gündən-günə pisləşir.
Bu barədə müsavat.com-a onun həyat yoldaşı Nuray Səfərova məlumat verib. İki gündür aclıq aksiyası keçirən R.Səfərovun təzyiqi aşağı düşüb, halı pisləşib. O, artıq danışa və yeriyə, eləcə də telefon zənglərinə cavab verə bilmir.
Müsahibimizin sözlərinə görə, davamlı olaraq həkim müayinəsindən keçən həyat yoldaşının durumu get-gedə pisləşir. Bu axşam R.Səfərovun atası Eldar Sabiroğlu və nənəsi ona baş çəkmək üçün Zərdabda olacaqlar: “Artıq yoldadılar. Rüfəti aclıq aksiyasını dayandırması üçün razı salmağa cəhd edəcəklər”.
Bu arada N.Səfərova bildirdi ki, artıq yoldaşından yoxlama üçün yoldaşından alınan şəxsi noutbuku onun özünə qaytarılıb. “Bəs yoxlamanın nəticəsi barədə sizə bir şey deyildimi” sualına cavabda müsahibimiz bu barədə heç bir məlumatı olmadığını dedi: “Rüfət düzəlsin, özü sizə məlumat verər. Mənim nəsə deyəcək qədər məlumatım yoxdur”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol