Sosial şəbəkədə biz:

Bakıda qeyri-sabit hava müşahidə olunur: Külək, yağış...

27 May 2019, 10:51
Gündəm

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, arabir tutqun hava şəraiti hökm sürür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bəzi yerlərdə arabir yağıntı müşahidə olunur.

Azərbaycanın rayonlarında da qeyri-sabit hava hökm sürür. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağışlar, dolu müşahidə edilir.